PPB EVENT


Planet Parni iz Baku Events - əyləncə sahəsində hamı tərəfindən qəbul olunan brend olaraq, müəllifi olduğumuz layihələri nəzərə alaraq, toy təşkilatçılığı bazarında da lider kimi qəbul olunuruq. Biz başqa peşələrdən event sahəsinə gələn təsadüfi satış menecerləri deyilik. Biz bayram tədbirlərinin, korporativ mərasimlərin, beynəlxalq konfrans və sərgilərin təşkilatçılığını edən peşəkar komandayıq. Tədbirlərin təşkilatçılığı ilə bağlı, işləri ilə dəb yaradan, hamı tərəfindən qəbul olunan üslubları ilə bu sahənin təcrübəli mütəxəssisləri tərəfindən suallarınıza cavab verilir, təklif etdiyimiz xidmətlərin keyfiyyəti ilə bağlı məsləhətləşmə aparılır. "Planet Parni iz Baku Events" ancaq sifarişçi məmnuniyyətinə işləyir. Sifarişçinin əlçatmaz arzusunu, qeyri-adi xəyalını həyata keçirmək, tədbirin yaddaşlarda qalması üçün var gücümüzlə çalışırıq. Uzun illər ərzində qazandığımız təcrübə, hər sifarişçinin tədbirinə fərdi, fərqli yanaşmağa və onun razılığını qazanmağa imkan yaradır. Təşkilatçılığını etdiyimiz hər toy, iki insanın şərəfinə hazırlanmış xüsusi müəllif layihəsidir. Ad gününün ən xoşbəxt gün olmasını, uşaq bayramının gülüşlə dolu şən tədbir olmasını, beynəlxalq konfransın rahat və işgüzar mühitdə keçməsini, korporativdə əməkdaşların dostlaşması, işdə olan yorğunluq və çətinliklərin unudulması şəraitinin yaradılması, yeni il gecəsinin sehirli və rəngarəng olmasını istəyirsinizsə, bizə müraciət edin. İlk görüşdə biz Sizin nə və necə istədiyinizi, Sizə gərəkli və maraqlı olan, Sizi təəccübləndirəcək və şadlandıracaq məsələləri aydınlaşdırırıq. Bunları bildikdən sonra, Sizin razı qalacağınız ideya və xidmət növlərini tərtib edirik. Biz Sizə toyunuzun necə təşkil olunacağını, toyun necə keçəcəyini detallarla izah edəcəyik. Sizə bütün xidmət sahələrimizi təklif edəcəyik. Xarici şirkət və əcnəbi qonaqlarla olan böyük iş təcrübəmizi nəzərə alaraq, tədbirinizin proqramını müxtəlif əcnəbi dillərdə tərtib edə bilərik. Bu xidmətimizlə "tədbir təşkilatçılığı" sahəsinə yeni keyfiyyət, yeni səviyyə anlayışı ilə yanaşırıq. Biz Sizi hamıdan yaxşı anlayırıq və istəklərinizi həyata keçirməkdən ötrü bizim simamızda yaxşı köməkçi qazanaqsınız.

Card image cap
Planet Parni iz Baku Events - Buta Palace.
Card image cap
Planet Parni iz Baku Events - Make Your Event With Us.
Card image cap
Planet Parni iz Baku Events - Hisslərinizi bizə etibar edin.
Card image cap
Planet Parni iz Baku Events. Fairmont Hotel. Flame Towers.
Card image cap
Planet Parni iz Baku Event. Wedding Video.
Card image cap
La LA Land Cover / PAŞA Bank Əməkdaşlarından 10 İllik Yubiley Videosu.
Card image cap
Pasha Bank 10 il. Behind the Scene.
Card image cap
PPB Events. PASHA Bank 10 il. Making Of