HAQQIMIZDA

Planet Parni iz Baku – konsert fəaliyyəti, telelayihələr, kino, reklam və ictimai tədbirlər üzrə fəaliyyət göstərən   Azərbaycanın çoxşaxəli produser şirkətidir. Bu gün Planet Parni iz Baku əyləncə industriyasında orijinal ideyalardan başlayaraq, tam şəkildə layihə realizəsinədək kompleks şəklində xidmət göstərir. Planet Parni iz Bakunun əsası 2001-ci ildə  Azərbaycanın ən məşhur KVN-şikərindən olan Tahir İimanov tərəfindən qoyulub. Yarandığı gündən  bu günədək  layhənin bütün  məhsulları birmənalı şəkildə böyük reytinq qazanır. Yaxşı  yumor, həyata pozitiv baxış, aktual və sərt siyasi satiralar, eləcə də  ümumbəşəri və ailə dəyərlərinə aid mövqe nümayişi - Planet Parni iz Bakunun xüsusi  tanınan bir stilidir.

Planet  Parni iz Bakunun aktyorları milli kinomuzun  real ulduzlarıdır, televiziya və şou biznes, çoxsaylı auditoriya  sevimliləridir. Şirkətdə   kino və televiziya istehsalatında  böyük  təcrübəsi olan yaxşı ssenaristlər, rejissorlar və produserlər işləyir. Planet Parni iz Bakunun əsas fəaliyyəti,  Azərbaycanın əsas səhnəsi olan Heydər Əliyev adına sarayında  hər il keçirilən konsertləridir. Şirkət  əyləncəli  şou və serialların yaradıcısıdır.

Bundan əlavə Planet Parni iz Baku  kino və serial istehsalı ilə də məşğul olur.  Kompaniya tərəfindən  yaradılmış və produsserlə təmin edilmiş tam metrajlı filmlər - Məhəllə 1(2003), Məhəllə 2(2004), Məşədi İbad 94(2005), Ögey ata(2013), Ölülər XXI əsr(2016), Ağanatiq(2017), Bəxt üzüyü 2(2018), KlimimandJara(2018), Məhəllə3(2019), birmənalı şəkildə, tamaşaçılar arasında  çox tanınmışdır.