2015

2015-ci ildə "Planet Parni iz Baku" KVN teatrı Heydər Əliyev Sarayında ilk Avropa oyunlarına həsr edilmiş "Hamı Avroppalara" adlı yeni solo konsert proqramı ilə öz pərəstişkarlarını bir araya gətirdi. Həmin il "Gülüş Yığması" layihəsi televiziyada davam etdirilmişdir.

2014

2014-cü ildə "Planet Parni iz Baku" KVN teatrı Heydər Əliyev sarayında “Analoqu Olmayan” adlı yeni solo konsertini keçirtmişdir. Həmin il Space TV-də “Gülüş Yığması” adlı layihəyə start verilmişdir.

2013

26, 27, 28 aprel 2013-cü il tarixlərində "Planet Parni iz Baku" KVN teatrı özünün "Hər gün sirk" adlı yeni solo konsertini keçirtdi. Bu ilki konsert proqramı dahi və həmişə yaşar mərhum aktyorumuz Yaşar Nuriyə həsr olunmuşdu. Hər il olduğu kimi bu ildə Bakılı oğlanlar çox möhtəşəm konsert proqramı ilə çıxış etdilər.

2012

2012-ci ildə "Planet Parni iz Baku" KVN teatrı Heydər Əliyev sarayında “Eurogülüşion” adlı yeni solo konsertini keçirtmişdir. Space Tv-də yayımlanan “Bir kəndin sevinci” adlı teleserialın çəkilişləri davam etdirilir.

2011

2011-ci ildə "Planet Parni iz Baku" KVN teatrı Heydər Əliyev Sarayında 10 illik yubileylə əlaqədar "10line yubiley" adlı yeni solo konsert proqramı ilə öz pərəstişkarlarını bir araya gətirdi. Bu konsertdə 10 illik fasilədən sonra məşhur KVN-çilər, 20-ci əsr çempionları Emil Abbasov və Yana Nikitina yenidən böyük səhnədə öz məharətlərini göstərdilər.

2010

2010-cu ildə "Planet Parni iz Baku" KVN teatrı Heydər Əliyev sarayında “Ağ-qara komediya” adlı yeni solo konsertini keçirtdi. Bu konsert 9 illik fasilədən sonra məşhur KVN-çi, 20-ci əsrin çempionu A.Məmmədzadənin yenidən böyük səhnəyə qayıdması ilə yadda qaldı.

2009

2009-cu ildə "Planet Parni iz Baku" KVN teatrı ənənəvi aprel konsertləri ilə tamaşaçılarını sevindirdi. “Qaydasız gülüş” adlı solo konsert Heydər Əliyev sarayında uğurla keçdi.

2008

2008-ci ilin aprel ayında "Planet Parni iz Baku" KVN teatrının “Baharın 7 anı” adlı yeni solo konserti baş tutdu. Onu da xüsusi vurğulayaq ki, bu konsertlə biz yeni rekorda imza atdıq. Çünki həmin çıxışımız düz 7 gün davam etdi. Bu konsertin “Məhəllə”səhnəciyində Bəhram Bağırzadə yenə də tamaşaçıları təəccübləndirdi. Amma zarafatla yox, öz rəqsi ilə.

2007

2007-ci ildə "Planet Parni iz Baku" KVN teatrının “100 kağız P.P.B” adlı yeni solo konserti baş tutdu. “Opera və Balet” teatrında keçirilən konsertlər 5 gün anşlaqla davam etdi. Konsert bir çox əlamətdar hadisələrlə yadda qaldı. Bunlardan biri o oldu ki, Bakının məşhur taksi sürücüsü Ağanatiq, uzun illik fasilədən sonra, yenidən böyük səhnəyə qayıtdı.

2006

2006-cı ildə "Planet Parni iz Baku" KVN teatrı 5 illik yubileyini qeyd edirdi. Bununla əlaqədar olaraq, "Planet Parni iz Baku" KVN teatrı Heydər Əliyev sarayında “5 il axtarışda” adlı yeni solo konserti ilə çıxış etdi. Bu dəfə də rekord vuruldu. Konsertlər keçən il olduğu kimi, 4 gün yox, düz 5 gün davam etdi.

2005

2005-ci ildə "Planet Parni iz Baku" H. Əliyev sarayında, “Xalqlar dostluğu” adlı yeni solo konsertini təqdim etdi. Əgər 2004-cü ilin konserti 3 gün davam etdisə, 2005-ci ilin konsert proqramı 4 gün davam elədi. "Planet Parni iz Baku" bu çıxışı ümummilli lider Heydər Əliyevə həsr etmişdi.

2004

2004-cü ildə Heydər Əliyev sarayında "Planet Parni iz Baku"-nun ilk solo konserti baş tutdu. Bu konsertin təşəbbüskarı gözəl insan mərhum Aqil Paşayev idi. Onu da vurğulayaq ki, Aqil müəllim bizi daima dəstəkləyib və teatrımızın yaranmasında əvəzolunmaz rol oynayıb. "Planet Parni iz Baku" KVN teatrının “Bu şəhərin məhəlləsi” adlı ilk solo konserti üç gün anşlaqla keçmişdir.

2003

2003-cü ildə "Planet Parni iz Baku" KVN teatrı yenədə səyahətə çıxdı.

Əgər 2002-ci ildə Avropanın ən gözəl güşəsinin birinə səyahət etmişdiksə, bu dəfə biz daha da gözəl məskənə yollandıq. Əlbəttə ki, bu gözəl məskən yalnız Azərbacan ola bilər. Daha dəqiq desək, 2003-cü ili biz vətənimizin dilbər guşələrindən biri olan Quba-Qusar zonasına səyahət ilə başladıq.

2002

2002-ci ildə "Planet Parni iz Baku" AST şirkətlər qrupunun dəstəyi ilə ilk dəfə olaraq səfərə çıxdı. "Planet Parni iz Baku" KVN teatrının ilk səfəri Rusiyanın paytaxtı Moskva şəhərinə oldu. Moskva şəhərində "Planet Parni iz Baku" iki veriliş çəkmişdir.

2001

2001-ci il mart ayının 16-da "Planet Parni iz Baku" öz ilk verilişi ilə mavi ekranlara çıxdı.

2000

"Planet Parni iz Baku" KVN teatrının yaranma tarixi 2000-ci il dekabr ayının 6-na təsadüf edir.